Dövlət əmlaklarına nə qədər investisiya qoyulub?

2023-cü ildə üç müəssisənin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsindən Azərbaycanın dövlət büdcəsinə 12,2 milyon manat vəsait daxil olacaq.
"Bu müəssisələrə 10,4 milyon manat investisiya qoyulub", - Eynullayev çərşənbə axşamı 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi 221 iş yerinin yaradılmasına imkan verib.