25 dəfə!
Bir nəfər çörək-bulka mağazasına gələrək, soruşur: Mənə 4 kiloqram apelsin verə bilərsiniz? Ona cavab verirlər: «Biz çörək və bulka satırıq, apelsin yox”.
Səhərisi gün eyni hadisə təkrarlanır. Beləliklə, 25 dəfə. Satıcı qışqırır, saçlarını yolur, nəhayət qərara gəlir ki, özü apelsin alsın və gələn dəfə həmin alıcıya satsın. Həmin şəxs gəlir və deyir: “Mənə 4 çörək verə bilərsinizmi? “Bəs apelsin?”, deyə satıcı apelsinləri göstərib soruşur. Alıcı cavab verir: “İndicə ayaqqabı mağazasından aldım”))))