Azərbaycandan Rusiyaya yumurta satışı artdı
Rusiya yumurta qıtlığı ilə üzləşəndən sonra ilk müraciət etdiyi ölkələrdən biri Azərbaycan oldu. Ölkədə yumurtaya olan ehtiyac daxili istehsal vasitəsilə tam təmin olunduğu üçün ölkəmiz xaricə ixrac həayata keçirirdi. Rusiyanın ehtiyacı isə bu sahədə əlavə tələb yaratdı. ENA.az xəbər verir ki, yanvarın 22-nə Azərbaycandan Rusiyaya 3,3 milyon ədəd yumurta ixrac edilib. Bu, ölkədə yumurta qıtlığı yaradıbmı sualına istehsalçılar "yox" cavabı versələr də yumurtanın qiymətində az da olsa artım var.
“Rosselxoznadzor”un məlumatına görə, yanvarın 21-də Yaraq-Kazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya satış üçün gətirilib. Yük müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.