Aqrar

Azərbaycan ərzaq məhsullarının idxalını 8,6% azaldıb

2023-cü ildə Azərbaycana ərzaq məhsullarının idxalı 2 milyard 160 milyon 158,36 min dollar olub. Bu, 2022-ci illə müqayisədə 8,6% azdır. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ərzaq məhsullarının idxalının strukturunda əsas həcmi olanlar bunlardır: 

 - 1 milyon 175 min 341,03 ton (azalma 9,1%) buğdanın ($303 milyon 983,15 min),

- 73 min 62,02 ton (azalma 3,7%) qarğıdalının ($20 milyon 825,12 min),

- 54 min 591,65 ton (artım 8,7%) düyünün ($50 milyon 85,61 min),

- 13 min 375,95 ton (azalma 7,2%) çayın ($70 milyon 556,99 min),

- 352 min 882,32 ton (azalma 6,7%) meyvə-tərəvəz məhsullarının ($229 milyon 914,14 min),

- 41 min 707,69 ton (azalma 6,4%) ətin ($86 milyon 738,82 min),

- 147 min 287,12 ton (azalma 14,3%) bitki və heyvan mənşəli yağların ($183 milyon 676,38 min) payına düşüb.

Azərbaycana 92 milyon 416,38 min dollar dəyərində 16 min 596,52 ton kərə yağı (azalma 10,6%) idxal edilib.

Hesabat dövründə Azərbaycana bütün idxalın 12,51%-i ərzaq məhsullarının payına düşüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)