Dövlət hesabına ipoteka kreditləşməsinin məbləği 3 miyarda yaxınlaşır
Bu günədək İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 48,017 min ipoteka krediti verilib.
İKZF-nin məlumatına istinadən xəbər verir ki, indiyədək verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 888 milyon 240,223 min manat təşkil edir.
Bundan başqa, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı 4413 təşkil edir.
Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 430 milyon 906 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.