ND Company işçi axtarır - MAAŞ 2500-3000 AZN
Smeta mühəndisi
Son tarix 17 fev 2024
Yerinə yetirəcəyi işlər:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Tələblər:
- Layihə smeta işlərinin hazırlanması üçün normativ hüquqi sənədləri;
- Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını;
- Titul vərəqələrinin hazırlanmasını, aşkar olunan defektlərin cədvəlinin yazılma qaydasını və digər texniki sənədlərin hazırlanma qaydasını;
- Heyətin idarəedilməsi ilə bağlı səriştələr
- Ali təhsil (müvafiq sahə üzrə)
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
- Azərbaycan dili (əla), ingilis dili (yaxşı), rus dili (yaxşı)
- Microsoft Office (yaxşı), 1C, Auto CAD
İş şəraiti:
- İş rejimi: 5 günlük, 09:00-18:00
- Əmək haqqı : 2500-3000 AZN
- İşçi nahar, telefon danışığı təmin edilir.
CV-ləri hrconstruction-nd@outlook.com e-mail ünvanına smeta mühəndisi başlığı ilə göndərməyiniz xahiş olunur.