Gündəm

Paşinyan: "Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır"

Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır.

ENA.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi partiyanın Qavar şəhərində keçirilən iclasında deyib.

“Biz də İranın təqdim etdiyi şərtlərlə Azərbaycan və Naxçıvan arasında dəmir yolu və avtomobil əlaqəsini təmin etməyə hazırıq”, - Paşinyan qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)