HI-TECH

Smartfonlar üçün “əbədi” nüvə batareyası

Çin startapı “Betavolt” şirkəti 50 il ərzində elektrik enerjisi istehsal edə bilən yeni “əbədi” akkumulyator yaradıb.

ENA.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Pekində yerləşən “Betavolt”dan bildirilib ki, 63 nüvə izotopundan ibarət batareya nüvə enerjisinin miniatürləşdirilməsinin dünyada ilk nümunəsidir.

Yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib, smartfonlar və dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal olunacaq.

"Betavolt” nüvə batareyaları aerokosmik, süni intellekt, tibbi avadanlıq, mikroprosessorlar, qabaqcıl sensorlar, kiçik dronlar və mikro robotların uzunmüddətli enerji ehtiyaclarını ödəyə bilər", - deyə startapın press-relizində deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)