Yəhya Musayev vəzifəsindən azad olundu
![](https://ena.az/uploads/news/2024-01/_ena_0a17c4b2d9dcc21de2c321412_o.jpg)
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.
ENA.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Yəhya Musayev 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamla Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub.