Bakının mərkəzində binalar söküləcək, 200 min mənzil istifadəyə veriləcək - ƏRAZİLƏR
Bakının baş planının əsas məqsədlərindən biri çoxmərkəzli şəhər infrastrukturunun yaradılmasıdır.
Planın icrası ilə Mərkəzi Bakının yüklənməsinin azaldılması, şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, mənzil fondunun müasirləşdirilməsi hədəflənir.
Plana əsasən, Zığ və Hövsan, Sabunçu, Binəqədi və Lökbatan 4 alt mərkəz hesab ediləcək. Binəqədi şəhərin şimal qapısı, Lökbatan isə qərb qapısı rolunu oynayacaq. Zığ və Hövsan sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur. Sabunçu hava limanı şəhər kimi inkişaf etdiriləcək, Binəqədidə Böyükşor gölünün bərpası ilə istirahət imkanları, Lökbatanda isə logistika imkanları artırılacaq.
Planda diqqət çəkən əsas məqamlardan biri də Qaraçuxurun Mərkəzi Bakı ərazisinə daxil edilməsidir. (XəzərXəbər)