ENA+

Makedoniya rəsmən ölkənin adını dəyişdi

Makedoniya Respublikasının adının rəsmən Şimali Makedoniyaya dəyişdirilməsi haqqında Prespanskrazılaşması qüvvəyə minib.

"BI" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Nikola Dmitrov özünün "Twitter" səhifəsində yazıb.

O, bildirib ki, Prespansk razılaşması qüvvəyə minib. "Qoy bu gün Yunanıstan və Şimali Makedoniya arasında uzun dostluğun başlanğıcı olsun. Biz keçmişimizi dəyişdirə bilmirik, amma gələcək dostluqları, əməkdaşlıqları və əməkdaşlıqları müəyyən edə bilirik və edəcəyik", - deyə Dmitrov yazıb.

Xatırladaq ki, Makedoniya parlamenti bu ilin 11 yanvarında ölkənin adının dəyişdirilməsini təsdiq edib. Makedoniya parlamentinin deputatları ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəlişlər edilməsi haqqında qanunu təsdiqləyiblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)