Bu şirkət bağçaları yeməklə təchiz edəcək
![](https://ena.az/uploads/news/2024-01/_ena_9218942dfda6ea28c1870bfd8_o.jpg)
Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “EL-OBA” QSC ilə 33 milyon manatlıq müqavilə bağlayıb.
Məlumata görə, müqavilədə 2024-cü il ərzində Bakı şəhərinin Binəqədi, Nərimanov, Nəsimi, Sabunçu, Xətai və Yasamal rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur.