Bank

Banklar 2023-də hərracdan dollar alışını 43% azaltdılar

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin dekabr ayında valyuta hərraclarında 149,9 milyon dollar məbləğində xarici valyuta satıb. ENA.az xəbər verir ki, Fonddan verilən məlumata görə, ARDNF 2023-cü ilin noyabr ayında 234,7 milyon dollar məbləğində xarici valyuta satıb. Beləliklə, dekabrda xarici valyuta satışının həcmi 26% azalıb.

Beləliklə, Fondun aylıq məlumatları əsasında demək olar ki, 2023-cü ildə ARDNF valyuta hərraclarında 2 milyard 689,4 milyon dollar satıb. Bu isə 2022-ci illə müqayisədə 42,6% azdır.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında 4 milyard 681,8 milyon dollar satmışdı. Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)