Milyarder: İndi bitkoin almaq üçün ən yaxşı vaxtdır
Çindən olan milyarder və birja xaricində fəaliyyət göstərən iri treyder Çjao Donq əmindir ki, indi bitkoin almaq üçün ən yaxşı vaxtdır. O bildirib ki, hazırda insanların çoxu rəqəmsal pulları unudub, əsas kriptovalyuta on min dollar həddinə qayıtmayana qədər onlar ətrafında ajiotaj olmayacaq.
“Bitcoinist” xəbər verir ki, Donq belə bir xəbərdarlıq edib: “Bitkoin yeni yüksəliş əldə etməyənə qədər insanların çoxu onu izləməyəcək. Əgər mənim kimi, siz də kriptovalyutanın gələcəyinə inanırsınızsa, onda başqaları bu barədə düşünənə qədər onu mümkün qədər çox miqdarda əldə saxlamaq daha yaxşıdır”.
Ç.Donq proqnozlaşdırıb ki, 2019-cu ildə bazarda heç bir sarsıntı olmayacaq, 2020-ci ildə rəqəmsal pulların qiyməti tədricən artmağa başlayacaq. Milyarder əmindir ki, 2021-ci ildə bitkoin kəskin bahalaşacaq, onun məzənnəsi artaraq 50 min dollara çatacaq.
Sahibkar daha sonra deyib: “Əslində “öküz” bazarında bitkoin almaq yalnız ilk baxışda asan yolla pul qazanmağa bənzəyir. Mən insanları kriptovalyutaya indi “ayı” bazarında sərmayə yatırmağa çağırıram”.
Sərmayədarlara səbirli olmağı məsləhət görən treyderin fikrincə, yaxın vaxtlarda blokçeyn-startapların çoxu bağlanacaq. Sonra buna bənzər kampaniyaların yeni dalğası başlayacaq, yaxşı layihələrə sərmayə yatırmaq xeyli asan və ucuz başa gələcək.