Bank

Mərkəzi Bankın valyuta ehtiyatları 16,6% artıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 16,6% artaraq 68,2 milyard dollar olub. 

“2023-cü ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 6.7 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun (ÜDM) 12.5%-i səviyyəsində olmuşdur. Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 2023-cü ilin 11 ayında 16.6% artaraq 68.2 mlrd. ABŞ dollarına çatmışdır”, - Mərkəzi Bankın 2024-cü il üçün Pul Siyasətinin Əsas İstiqamətləri barədə bəyanatında deyilir.

Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın valyuta ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)