BİZNES

“Discovery” və “Paramount” kinostudiyaları birləşmək üçün danışıqlar aparır

Hollivudun ən böyük kinostudiyaları olan “Discovery” və “Paramount Global” birləşmək üçün danışıqlara başlayıb.

Mənbələrinə görə, dekabrın 19-da “Paramount Global”ın baş direktoru Bob Bakiş və “Warner Bros. Discovery”nin rəhbəri David Zaslav mümkün birləşmə ilə bağlı danışıqlar aparmaq üçün “Paramount”un Nyu-Yorkdakı qərargahında görüşüblər.

Hazırda danışıqlar ilkin mərhələdədir və nəticəsi sual altındadır. Qeyd edək ki, “Warner Bros. Discovery”nin bazar dəyəri təxminən 29 milyard dollar, “Paramount”un bazar dəyəri siə isə 10 milyard dollardır.

Əgər şirkətlər müqavilə bağlasalar, Hollivudda dörd böyük şirkət qalacaq: birləşmiş “Warner Bros.” və “Paramount Pictures”, “Disney”, “Universal Pictures” və “Sony Pictures Entertainment”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)