Gündəm

Nazir şöbə müdirini işdən çıxarıb

Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri Nadim Babayev vəzifəsindən azad edilib.

Bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Məlumatı “Report”a Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)