Gömrükdən dövlət büdcəsinə ödəmələr 12% artırıb
Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 5 milyard 718 milyon 410,99 min manat məbləğində vergi və rüsum köçürüb.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-noyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 5 milyard 89 milyon 590,9 min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 12,4% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 999milyon 276,3 min manat (artım 10,4%), aksizlər üzrə 205 milyon 910,2 min manat (artım 37,4%), yol vergisi üzrə 39 milyon 269 min manat (azalma 31,5%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 495 milyon 307,4 min manat məbləğində (artım 18,6%) olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edir.