AccessBank-dan ilin son fürsəti – indi nağd krediti illik 3%-dək endirimlə əldə etmək mümkündür
Sizin yerli Avropa bankınız – AccessBank, müştərilərinə ilin son fürsətini təqdim edir. İlin sonuna doğru təşkil edilən kampaniya çərçivəsində nağd kredit əldə edən müştərilərə, kreditin məbləğindən və faiz dərəcəsindən asılı olaraq 3% endirim təqdim olunur.
Güzəştlər, nağd kredit üzrə faiz dərəcəsi minimal illik 10% - dan aşağı olmamaq şərti ilə, kreditin məbləği 40.000 AZN-dək və 48 ay müddətinədək təklif edilən istehlak kreditlərinə şamil olunur. Nağd kredit üzrə minimal illik faiz dərəcəsi 10%, maksimal isə 21% təşkil edir.
Kampaniya 31.12.2023-cü il tarixinədək qüvvədədir.
Nağd kredit haqqında əlavə məlumat əldə etmək üçün linkə keçid edin: https://www.accessbank.az/az/private/loans/
AccessBank 2002-ci ildən Azərbaycanın bank sektorunda fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-i Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.