Sənaye

“Norm”un səhmdarları kapitalı artırmağı müzakirə edəcəklər

2024-cü il yanvarın 15-də “NORM” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Şirkətin elanında deyilir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: Cəmiyyətin nizamnamə kapitalının əlavə səhmlərin buraxılması yolu ilə artırılması; Cəmiyyətin baş icraçı direktoru Sasse Henning Ernst Wilhelmin əmək müqaviləsi müddətinin uzadılması.

“Norm” ASC 2006-cı ilin may ayında dövlət qeydiyyatına alınıb. Cəmiyyətin nizamnamə kapitalı 161 milyon 962,595 min manata bərabərdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)