Həyat tərzi

Həyatınızı yaxşılaşdırmağın - 9 SADƏ YOLU

Ruhunuzu və bədəninizi bahalı yoqa kursları və SPA seansları, az tapılan qida əlavələri və arzuladığınız kurortlarda uzun sürən məzuniyyətlər belə olmadan da yaxşı formada saxlamaq olar.

Bir neçə sadə yol var ki, onların sayəsində biz hər gün özümüzü sakit, rahat, daha sağlam və xoşbəxt hiss edə bilərik.

1. Daha çox ev bitkisi alın

bitki

Ev bitkisinin bahalı olması mütləq deyil. Bir budağı dostlarınızdan götürüb əkə bilərsiniz

Müəyyən edilib ki, evdəki bitkilər stress səviyyəsini azaldır və insanı xoşbəxt olmağa məcbur edir. Necə?

Bitkilər hər şeydən əvvəl karbonu udub oksigeni ifraz etməklə bizim yaxşı nəfəs almağımıza köməklik edir. Bəzi bitkilər hətta havanı gündəlik həyatda məişətdə istifadə etdiyimiz kimyəvi maddələrdən də təmizləmək bacarığına sahibdir.

Parlaq yarpaqlar və rənglər ən azından insanın əhval-ruhiyyəsini qaldırır. Heç bir şeyi gözləmədən özünüzə Spathiphyllum bitkisini alın.

2. Bədəndəki nəmliyin səviyyəsini qoruyun

water

 

Gün ərzində çoxlu su içmək sağlamlığın təminatıdır

Su insan orqanizminin başlıca komponentidir. Qadınlarda bu, təqribən ümumu kütlənin 55%-ni, kişilərdə isə 60%-ni təşkil edir.

Bədənin normal işləməsi üçün su əhəmiyyətlidir. Ona görə də bizim həyat enejimizin səviyyəsinin, konsentrasiya bacarığımızın və ümumilikdə sağlamlığımızın nə qədər su içməyimizdən asılı olması təəccüblü deyil.

Əgər sizə sadə suyu içmək çətindirsə, o zaman suya bir limon, xiyar dilimi və ya zəncəfil kökü ata bilərsiniz. Əgər siz mütəmadi su içməyi unudursunuzsa, günümüzdə "su içmək zamanıdr" deyərək bunu sizə xatırladacaq müxtəlif tətbiqlərdən istifadə edə bilərsiniz.

3. Evdə dəyişikliklər edin

yataq

Çarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun

Belə bir nəzəriyyə mövcudddur ki, evdəki ab-hava bizim əhval-ruhiyyəmizə, yuxunun keyfiyyətinə və fəallıq səviyyəmizə təsir göstərir.

Buna əmin olmaq istəyirsinizsə yataq otağından başlayın. Pəncərəni açıq saxlayın, otağa daha çox təmiz hava və təbii işığın daxil olmasına şərait yaradın. Çarpayının altındakı və şkafdakı lazımsız əşyalardan xilas olun.

Əgər siz başqa səviyyəyə keçməyə hazırsınızsa o zaman siz fenşuy Çin (təbiətdə olan enerjini yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi) kitabını oxumalısınız. Bu qədim ənənədir, hansı ki adı "külək-su" kimi tərcümə olunur.

Onun mahiyyəti fiziki sağlamlığın Tsi enerjisinin - həyat qüvvəsinin insanın yaşadığı ərazidə necə hərəkət etməsindən asılı olmasından ibarətdir.

Əgər siz hətta mebeli fenşuya uyğun yerləşdirərək Tsi enerjisini hiss etməsəniz belə ev onsuz da təmiz və rahat olacaq.

4. Evin divarlarını boyayın

ev

Evdəki divarların rəngi də əhval-ruhiyyəyə təsir göstərir. Məsələn, yaşıl rəng təbiətin təcəssümüdür, harmoniya tapmağa və rahatlanmaga kömək edir.

Mavi - sakitləşdirir və hətta yatızdırır. Bu rəng yataq otağı üçün çox uyğundur, yuxunun keyfiyyətini yaxşılaşdırır.

Qırmızı rəng arzuolunan deyil. O, bizi tez-tez nəfəs almağa məcbur edir və bu da ürək döyünütüsünü artırır və təzyiqi yüksəldir.

5. Quşların nəğməsini dinləyin

bird

Quşların nəğməsini lent yazısında da dinləmək olar - effekt eynidir

Bu, qəribə səslənə bilər. Lakin King`s College London-un alimləri müəyyən ediblər ki, quşaların nəğməsi bizim psixi vəziyyətimizi ən azı 4 saatlığa yaxşılaşdırmağa qadirdir. Könüllülərdən müxtəlif tətbiqlərin köməyilə bir günlük şəhər həyatındakı vəziyyətlərini və əhval-ruhiyyələrini qeyd etmələri xahiş olunub.

Nəticələr göstərib ki, kim ki, ağacın altında oturub quşların nəğməsini dinləyib və ya sadəcə buludları müşahidə edib, günün sonunda onlar özlərini digərlərindən yaxşı hiss ediblər.

Alimlər günün bir parçasını təbiətdə keçirmək imkanı olmayanlara belə bir məsləhət veriblər: quşların nəğməsini telefonunuza yükləyin, qulaqcıqları taxın, gözlərinizi yumun və bir-birinə tərəf axan təpələri təsvir edin.

6. Pişik saxlayın

cat

Belə bir pişik sözün əsl mənasında həyatınızı xilas edə bilər

Araşdırmalar göstərib ki, pişiyi sığallamaq müalicəvi effekt verir.

Minnesota Universiterinin nəzdində olan İfliclərin Öyrənilməsi İnstitutunun alimləri 10 il ərzində 4 min könüllünü müşahidə ediblər. Məlum olub ki, pişik sahiblərinin infarkt və iflic xəstəliyindən ölmə riski digərlərinə nisbətən 30% aşağıdır.

Əgər sizin pişiyiniz yoxdursa, dostlarınızdan birindən arada onların pişiyini ziyarət etməsinə icazə vermələrini xahiş edin. Bundan başqa, sahibləri uzaqda olan pişiklərə və itlərə baxmaq xidmətinə tələbat çoxdur. Bu, ev heyvanı saxlamadan onlarla ünsiyyət qurmaq üçün yaxşı imkandır.

7. Tez-tez gülün

girl

Vaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirin

Gülüş əzələlərdəki gərginliyi aradan qaldırır, qan dövranını yaxşılaşdırır və qana azot oksidinin daxil olmasına şərait yaradır. Bu, bizim immun sistemimizi fəallaşdırır.

Bundan başqa, gülüş stress hormonlarının zəifləməsinə və bizim vəziyyətimizi yaxşılaşdıran və təbii ağrıkəsici rolunu oynayan kimyəvi komponenti - endorfini ifraz edir.

Və bu belədir - gülüş can dərmanıdır.

Vaxtınızı sizə əyləncəli olan dostlarınızla keçirin, komediyaya baxmağa gedin. Əgər insanlar arasına çıxmaq istəmirsinizsə, özünüzə bir içki süzün və sevimli videolarınıza baxın.

8. İşə skandinavlar kimi yanaşın

cookie

Kim qəhvə ilə kökədən imtina edər? Xüsusilə də işin qızğın vaxtında

Skandinaviya ölkələri - İsveç, Finlandiya və Norveç sakinləri dünyanın ən xoşbəxt insanları hesab olunur. Bəzi vərdişlərin sayəsində onlar hətta iş zamanı belə xoşbəxt və sağlamdırlar.

İsveçlilər, məsələn "fika" (işdə fasilə etmək ənənəsi) adlı ənənəni təcrübədən keçirirlər. Hər gün həmkarlar bir yerə toplanır, qəhvə içir və qənnadı məmulatı (evdə bişən arzuolunandır) yeyirlər. Bu cür fasilələr nəinki rəhbərlik tərəfindən dəstəklənir və həm də məcburi hesab olunur.

Sizi işlə təmin edəndən soruşun, bəlkə o da belə bir ənənə yaratmaq istəyir? Beləliklə, xoşbəxt iş mühiti məhsuldarlığın təminatıdır.

9. Çox yatın

sleep

İstirahət bizim psixoloji vəziyyətimiz üçün pəhriz və idman kimi çox vacibdir. Yorğunluq immunitetin zəifləməsinə, stress hormonlarının yüksəlməsinə, narahatlığa və depressiyaya gətirib çıxarır.

Axı məhz yuxu zamanı bizim orqanizm bərpa olunur və narahatlıqları aradan qaldırır. Var gücünüzlə yuxunuzu yaxşılaşdırmağa cəhd göstərin: yataq otağı gözəl və sakit olmalıdır, gecə yemək yeməyin və bütün cihazları söndürün.

Telefonun işığı sizin yuxuya getməyinizə mane olacaq. Və günün ikinci yarısında istehlak etdiyiniz kofeinin miqdarını azaldın.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)