Nazir vergi yığımları haqqında post paylaşdı
2023-cü ilin yanvar-noyabr aylarında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4,1% artaraq 15 milyard 337,7 milyon manat təşkil edib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“2023-cü ilin 11 ayı ərzində DVX-nin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 15 milyard 337,7 milyon manat olub. Bu müddətdə qeyri-neft/qaz sektorundan vergi daxilolmaları 18,9% artaraq 9 milyard 15,8 milyon manat təşkil edib”, - deyə nazir sosial şəbəkədə yazıb.
Beləliklə, qeyri-neft/qaz sektoru 2023-cü ilin 11 ayı ərzində DVX-nin xətti ilə daxilolmaların 58,8%-ni təmin edib.
Xəbər verildiyi kimi, 2023-cü ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14,9 milyard manat məbləğində nəzərdə tutulub.