AZAL İraqın üç şəhərinə aviareyslər açacaq
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev Bağdad şəhərində İraqın nəqliyyat naziri Rəzzaq Muhaybas Al-Sadavi ilə görüşüb.
Nəbiyev Facebook səhifəsində qeyd edib ki, görüş zamanı tərəflər iki ölkə arasında beynəlxalq yük və avtomobil daşımaları sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər.
“AZAL tərəfindən bu ilin dekabr ayından etibarən Bakıdan Bağdad və Ərbilə, gələn ilin aprel ayından isə Bəsrəyə həftədə bir reysin həyata keçirilməsi məsələsini nəzərdən keçirdik”, - Nəbiyev məlumatda qeyd edib.