Marketinq və reklam

Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!

2024-cü ilin gəlişi ilə biznesinizi böyütmək və yeni məqsədlərə çatmaq üçün dəstəyə ehtiyacınız var? Bunun üçün sərfəli şərtlərlə biznes krediti axtarırsınız?

O zaman, “Bank Respublika”nın sahibkarlar üçün start verdiyi yeni “İkiqat Dəstək” adlı kredit kampaniyasından faydalanmağa tələsin.

Kampaniya çərçivəsində Bankdan mikro və aqro kredit götürən müştərilərə ikiqat dəstək edilərək həm kredit faizində, həm də komissiyada endirim ediləcəkdir. Belə ki, müştərilər qarşıdan gələn 2024-cü ildə öz planlarını həyata keçirmək üçün mikro kreditlərdə faiz dərəcəsində min. 20% ENDİRİM, komissiyada min. 24% ENDİRİM əldə etmək imkanı qazanacaq!

Kreditin maksimal məbləği – 50.000 manatadək, müddəti – 48 ayadək, illik faiz dərəcəsi isə, min. 10% təşkil edir.

Kampaniyanın digər özəllikləri:

  • Zaminsiz və tranşla kredit götürmək imkanı;
  • Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı;
  • Kredit xətti açılması imkanı;
  • 12 ayadək güzəşt müddəti;
  • Sərbəst ödəniş qrafiki;
  • Sığorta tələbi və qiymətləndirmə xərci yox.

Kampaniya 01 fevral 2024-cü il tarixinədək davam edəcək

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebookinstagramlinkedintelegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)