Azərbaycanın qeyri-neft ixracı nə qədər olub? - RƏSMİ
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan qeyri-neft ixracı 3 milyard 33,68 milyon dollar təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,5% çoxdur.
2023-cü ilin noyabr ayında qeyri-neft ixracının həcmi 321,85 milyon dollar təşkil edib. Bu göstərici isə 2022-ci ilin noyabrındakındn 6,2% yüksəkdir.
Əvvəllər xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan qeyri-neft ixracının həcmi rekord həddə - 3 milyard 47,67 milyon dollara çatıb. İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2027-ci ilədək qeyri-neft ixracının həcmi 5 milyard dollara yüksələcək.