Gündəm

Ceyms O'Brayn Azərbaycana gəlir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn dekabrın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddən belə çıxır ki, O`Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədi ilə Azərbaycan rəsmiləri ilə görüşəcək”.

Xatırladaq ki, ABŞ Dövlət katibi Antoni Blinken noyabrın 28-də telefon danışığı zamanı münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana səfərinə icazə verilməsini Prezident İlham Əliyevdən xahiş edib.

Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Dövlət katibi Blinken bunu qəbul edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)