10 rayonda bu şəxslərə mənzillər veriləcək
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzilləri satın alınması ilə bağlı tender elan edib.
Satın alınması ilə əlaqədar keçirilən açıq tenderdə qiymət təkliflərinin son verilmə tarixi və vaxtı 01 dekabr 2023-cü il saat 18:00-dan 11 dekabr 2023-cü il saat 18:00-dək uzadılıb.
Elanda bildirilir ki, tender təkliflərinin açılış tarixi və vaxtı 12 dekabr 2023-cü il saat 15:00-a kimi nəzərə alınsın.