İnşaat və əmlak

Yaşayış binalarının tikilməsinə investisiya qoyuluşu azaldı

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 711,9 min kvadratmetr təşkil edib. Dövlət Statistika Komitəsinin bu göstəricisinə əsaslansaq, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,2% azalma var. 

Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşu da azalıb. 2,8% eniş ilə bu rəqəm 735,4 milyon manat olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 24,8% azdır.

2022-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 925,4 milyon manat (azalma 5,8%) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)