MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

28 noyabr 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 68.2 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)