Sosial iqtisadiyyat

Hərbçilərin qulluq əlavəsi faizi artırılır

Hərbi qulluqçuların qulluq əlavəsi faizi artırılır.

Bu, Milli Məclisə daxil olmuş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, minimum xidmət müddətinə görə qulluq əlavəsi faizinin də 50 faizdən 65 faizə qaldırılması təklif edilir.

Qanun layihəsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)