Birja

Ərdoğan: TL-nin dəyər itirdiyi dövr başa çatdı

“Dezinflyasiya proqramımız TL-də real bahalaşmaya səbəb ola bilər”. ENA.az xəbər verir ki, prezident Rəcəp Tayyip Ərdoğan Türkiyədə həyata keçirilən inflyasiya proqramı ilə bağlı bu sözləri deyib:

"İnflyasiyanı azaltma proqramımız çox güman ki, TL-nin real dəyər qazanmasına səbəb ola bilər, TL-nin real dəyərini itirdiyi dövr sona çatdı. Önümüzdəki dövrdə sağlam siyasət və struktur islahatları ilə investorların etibarını qazanacağıq. Bu inam vəsaitlərin axınına təkan verəcək. Ölkəmizə qlobal sərmayənin cəlbində "qazan-qazan" prinsipi ilə hərəkət etməyə və Türkiyəyə yaraşan mövqe nümayiş etdirməyə davam edəcəyik. Heç kim narahat olmasın, müdafiə sənayesi və digər sahələrdə adımızı dünyada daha çox tanıdacağıq. Yeni addımlarımız da yoldadır”, - deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)