Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
![](https://ena.az/uploads/news/2023-11/_ena_3f62d19ab3e71ab7da4536415_o.jpg)
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında isə noyabrın 23-24-də qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.