HI-TECH

“WhatsApp”dan daha bir YENİLİK

“WhatsApp” messencerinə elektron poçtu hesabınızla əlaqələndirməyə imkan verən yeni funksiya işə düşüb. Ekspertlər bildirirlər ki, bu, istifadəçilərin SMS vasitəsilə kodu almaqda müvəqqəti çətinliklərlə üzləşdiyi hallar üçün nəzərdə tutulub.

Yeni funksiyadan istifadə etmək üçün messencerin parametrlərinə keçmək və “Hesab” bölməsini seçmək lazımdır. Qeyd olunur ki, e-poçt ünvanlarının tətbiqi telefon nömrələri vasitəsilə girişi əvəz etmir. Bu, profillərə daha rahat giriş üçün sadəcə alternativ üsuldur.

Yeni funksiya artıq iOS cihazlarının bəzi istifadəçiləri üçün əlçatandır. Yaxın həftələrdə onun digər istifadəçilər üçün də əlçatan olacağı gözlənilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)