Naxçıvan şəhərinin icra başçısı vəzifəsindən AZAD EDİLDİ
![](https://ena.az/uploads/news/2023-11/_ena_e42fedf92dcbf27f5078782a8_o.jpg)
Mirsənani Seyidovun Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 17 noyabr 2023-cü il tarixdə sərəncam imzalayıb.
“Mirsənani Mirsaleh oğlu Seyidov Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”- deyə, sərəncamda qeyd edilir.
Qeyd edək ki, bundan öncə M.Seydiovun müavini Təhminə Mustafayeva işdən çıxarılmışdı.