İpoteka və Kredit Zəmanət Fondunun aktivləri 1 milyardı ötüb – REKORD
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) aktivlərini 1 il ərzində cəmi aktivləri 33% artaraq 1 milyard 276,58 milyon manatı ötüb.
"BI" bu barədə məlumatı İKZF-in 2018-ci il üzrə maliyyə hesabatına istinad edir.
Hesabat dövrü ərzində, yəni, 2018-ci ilin əvvəli ilə müqayisədə sonunda 318,2 mln artıb. Cəmi aktivlərin də 895,27 mln. manatını ipoteka kreditləri təşkil edir. Bildirək ki, ipoteka kreditdirləri portfeli ötən ilin müvafiq dövründə 683,69 mln. manat təşkil edirdi ki, bu da illik portfeldə 211,58 mln. manat artımın olması deməkdir.
Aktivlərin 260,55 mln. manatı ödəniş tarixinədək saxlanılan investisiyalar portfelidir.