Rusiyanın qızıl ticarətinin mərkəzi artıq Dubay deyil
Ukraynanın işğalından sonra Londondan çıxarılan Rusiya qızıl ticarəti əvvəlcə Dubaya köçürdüsə, indi yeni mərkəz olan Honq Konqa keçir.
ENA.az xəbər verir ki, Honq-Konq uzun müddətdir ki, dünyanın ən böyük istehlak bazarı olan Çinə külçənin daxil olması üçün əsas kanal olub, lakin aprel ayından etibarən Rusiya tədarükləri də artıb.
Honq Konq bu il 68 ton Rusiya qızılı idxal edib. Bu rəqəm 2022-ci ilin dörd qatıdır.
Bloomberg-in məlumatına görə, Rusiya qızıl ticarətinin Honq-Konqa keçməsinə ABŞ-ın Rusiyanın aparıcı qızıl mədənçilərinə tətbiq etdiyi sanksiyalar, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin külçə qızıl bazarında qeyri-qanuni fəaliyyətlə bağlı təzyiqləri təsir edib.
Ukraynanın işğalından əvvəl dünyanın ikinci ən böyük mədənçisi olan Rusiyadan ixrac edilən qızılın demək olar ki, hamısı qlobal külçə sövdələşmələrinin mərkəzi olan Londondakı kassalara göndərilirdi.
Lakin müharibədən sonra bu vəziyyət dəyişdi.
Rusiya qızılı Londondan çıxarıldıqda, ilk olaraq Yaxın Şərq və Asiya bazarlarına göndərilən qızıl külçələrinin əsas tranzit mərkəzi olan Dubay faydalandı.
Rusiya 2022-ci ildə BƏƏ-yə 96,4 ton külçə qızıl göndərərək ölkənin ən böyük tədarükçüsü olub. Bu məbləğ Honq-Konq vasitəsilə ixrac edilən məbləğdən beş dəfə çoxdur.