Gömrük büdcəyə köçürməni artırıb
Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 5 milyard 235 milyon 782,19 min manat məbləğində vergi və rüsum köçürüb. DGK-nin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 4 milyard 646 milyon 45,2 min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 12,7% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 3 milyard 677 milyon 45,2 min manat (artım 10,7%), aksizlər üzrə 186 milyon 651 min manat (artım 39,7%), yol vergisi üzrə 36 milyon 513 min manat (azalma 30,6%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 1 milyard 356 milyon 924,9 min manat məbləğində (artım 19,3%) olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 5 milyard 728 milyon manat təşkil edir.