Aqrar

Daha bir böyük şirkət kapitalını kəskin azaltdı

“AZGRANATA”MMC-nin (VOEN: 15011400271) nizamnamə kapitalının 35 milyon 561 min 75,8 manatdan 21 milyon 582 min 592,08 manata düşüb. ENA.az xəbər verir ki, şirkət bu barədə elan verib.

Beləliklə, şirkətin nizamnamə kapitalı 41% azalıb.

Qeyd edək ki, Ağsu rayonunda fəaliyyət göstərən “AZGRANATA” MMC hazırda meyvə şirələrinin, həmçinin alkoqol məhsullarının ən böyük istehsalçılarından biridir. Zavodun tikintisinə qoyulan sərmayə 50 milyon manat təşkil edib. Cəmiyyətin öz meyvə bağları da var. Zavod neft sektorunda çalışan məmurlardan birinə məxsusdur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)