SOCAR-da yeni təyinat olub
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İnsan kapitalının inkişafı və funksional təkminləşdirmə Departamentinə rəhbər təyin edilib.
Məlumata görə, bu, Elnur Hüseynovdur.
E.Hüseynov buna qədər, adıçəkilən departamentin direktor müavini idi.
O, 2011-ci ilin iyunundan SOCAR-da müvafiq sahə üzrə çalışır. 2020-ci ilin aprelindən İnsan resursları departamentinin direktor müavinidir.
Elnur Hüseynov 2005-2008-ci illərdə Uels Universitetinin Biznesin idarə edilməsi üzrə bakalavr, 2014-2018-ci illərdə Edinburqda Heriot-Vatt Universitetində Biznesin idarə edilməsi və insan resursları üzrə magistr dərəcələrinə yiyələnib.
O, 2017-2018-ci illərdə Vaşinqtondakı Corc Vaşinqton Universitetində Layihənin idarəedilməsi üzrə sertifikat (magistr) əldə edib.