Bankların dollara ehtiyacı azaldı - HƏRRAC (07.11.2023)

Dövlət Neft Fondu bugünkü (ARDNF) hərracda banklara 35,2 milyon dollar satıb. ENA.az xəbər verir ki, noyabrın 2-də keçirilən hərracda banklara 57,4 milyon dollar xarici valyuta satılmışdı.
“Noyabrın 7-də keçirilən hərracda tələb $35,2 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə Azərbaycan Mərkəzi Bankı bildirib.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.