Nazir: “Azərbaycanda qazın qiyməti o qədər də yüksək deyil”
Azərbaycanda istehlakçılara satılan təbii qazın pərakəndə qiyməti o qədər də yüksək deyil.
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib deputat Ramil Həsənin əhali qrupu üçün qaz limitinin ləğvi və yeni yanaşmanın tətbiqi ilə bağlı təklifinə cavab olaraq deyib.
Onun sözlərinə görə, qaz limiti kifayət qədər mürəkkəb məsələdir: “Sosial həssas əhali üçün müəyyən qədər qaz limiti qoyulub. Həmin limit çərçivəsində qazın qiyməti daha ucuzdur. Limitdən yuxarı hissə isə bahadır”.
Nazir qeyd edib ki, bu, o qədər də sadə məsələ deyil: “Biz bunu açıq etiraf etməliyik”.
Qeyd edək ki, 2021-ci il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb