“Azərsu” dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı yarım milyon manatlıq məsləhət xidmətləri aldı
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ““BM Morrison Partners” MMC ilə müqavilə bağlayıb.
Müqavilədə “Dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı məsləhətçi idarə edilməsi” predmeti üzrə hüquq məsləhəti xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 529.400 AZN-dir.
Xatırladaq ki, BM Morrison Partners (BM) Azərbaycanda yaradılmış ilk özəl hüquq firmasıdır.