Hesabatlar

Dövlət zəmanəti ilə təmin edilmiş borcların həcmi nə qədərdir? - RƏSMİ RƏQƏM

Azərbaycanın hüquqi şəxslərinin dövlət zəmanəti ilə təmin edilmiş borcu 2023-cü il iyulun 1-nə 21 milyard 309,2 milyon manat həcmində qiymətləndirilir.

ENA.az xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, bu borcun 52,5 faizi - 6 milyard 574,9 milyon dolları xarici valyutada, 47,5 faizi - 10 milyard 131,8 milyon manatı milli valyutadadır.

Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü il sentyabrın 1-nə Dövlət borcunun və dövlət zəmanəti üzrə öhdəliklərin təminatı fondunda vəsaitin qalığı 30,4 milyon manat və 430 milyon ABŞ dolları (761,4 milyon manat) səviyyəsində qiymətləndirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)