Erməni tərəfi antiterror tədbirləri zamanı verdiyi itkiləri AÇIQLADI
Ermənistan Xarici İşlər Nazirliyinin dərc etdiyi məlumata əsasən, Azərbaycan Ordusunun sentyabrın 19-20-dən Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində erməni tərəfi 200-dən çox itki verib.
Məlumata görə, rəsmi İrəvan 231 hərbçi və 80 mülki şəxs olmaqla 300-dən çox erməninin yaralandığını bildirib.
İddia olunub ki, Qarabağdan Ermənistana gedən yolda 64 nəfər ölüb.
Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan özünün X mikrobloqunda yazıb.