HI-TECH

Türkiyənin "Bayraktar TB3" PUA-sı ilk uçuşunu keçirib - VİDEO

Türkiyənin "Baykar" şirkəti tərəfindən hazırlanan "Bayraktar TB3" zərbə tipli iplotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib.

ENA.az xəbər veror ki, PUA Tekirdağ vilayətində yerləşən AKINCI uçuş mərkəzindən haata qalxıb.

Saat 08.30-da havaya qalxan "Bayraktar TB3" sistem identifikasiya testlərini uğurla başa vurub və bir saatlıq uçuşu tamamlayıb.

Şirkətin rəsmisi Səlcuq Bayraktar PUA-nın hava müharibəsində inqilab olacağını bildirib.

PUA Türkiyənin yerli şirkəti tərəfindən hazırlanan mühərriklə uçuş həyata keçirib. 170 at gücündə olan mühərrik dəniz şəraitinə uyğunlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)