“Qala Sığorta” şəhadətnaməsini itirib
“Qala Sığorta” ASC-yə məxsus ciddi hesabat blankı olan Daşınmaz Əmlakının İcbari Sığortası şəhadətnaməsi itib.
ENA.az xəbər verir ki, bu barədə şirkətin rəsmi mətbuatda verdiyi elanda bildirilir.
Elanda deyilir ki, sənəd itdiyi üçün etibarsız sayılır.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,944 milyon manatdır.