"ATL TECH" işçi axtarır - VAKANSİYA
Vəzifə: Təchizat Departamentinin Rəhbəri
Hesabat verir: Direktora
Məsuliyyət Daşıyır: Departament işçiləri
İşin Təsviri
Təchizat Departamentinin rəhbəri təchizat strategiyasının qurulmasına, təkmilləşdirilməsinə, çatdırılma və post-kontrakt təchizat prosseslərin inkişaf etdirilməsinə və Təchizat departamentinin əməliyyatlarının idarə olunması üçün məsuliyyət daşıyacaqdır
Əsas vəzifə öhdəlikləri;
• ATL Tech üçün satınalma siyasətini qanunvericiliyə uyğun aparmaq,müvafiq qurumlar üçün satınalma strategiyasının hazırlanması, həyata keçirilməsi və davamlı şəkildə idarə edilməsinə cavabdehlik;
• Tenderə, müqavilələrin idarə olunmasına, tədarükçülərin fəaliyyətinin idarə edilməsinə dəstək olmaq üçün satınalma siyasətinin və sisteminin strategiyalarının hazırlanması və həyata keçirilməsinə rəhbərlik etmək;
• Daha çox rəqabət yaratmaq və biznesin satınalma siyasəti kateqoriyasına uyğunlaşdırılması üçün kiçik və orta müəssisələr daxil olmaqla yeni təchizat zəncirlərinin inkişafına rəhbərlik etmək;
• Davamlı şəkildə komanda və şöbələr daxilində inkişaf və keyfiyyət təkmilləşdirmələrini sürətləndirmək və daha yaxşı nəticələr əldə etmək yollarını araşdıran, əsas fəaliyyət və maliyyə hədəflərinin təmin edilməsi və zəruri hallarda düzəlişlərin aparılmasına yardım etmək;
• İşgüzar məqsədləri dəstəkləmək üçün bütün resursları istifadə etmək, müqavilə və kommersiya riskinə qarşı qorunmaq üçün müəssisələrə müraciət etmək üçün lazım olan bütün yeni təcrübələri gətirmək;
• ATL-in təchizat siyasətini təkmilləşdirmək və bütün korrupsiya risklərinin qarşısını almaq;
• Yerli və xarici təchizatçılar, digər müəssisələr ilə əməliyyatları ilə effektiv şəkildə tənzimləmək;
• İşçi heyətini idarə və motivasiya etmək, müvafiq potensiala nail olmaq üçün lazım olan dəstəyi, təlim və inkişafı təmin etmək;
• Təchizat riskinin inkişafı da daxil olmaqla gələcək tələb və potensialın planlaşdırma, qurulma və idarə edilməsi;
• Təchizatın müəssisə daxilində əhəmiyyətini artırmaq;
• Mövcud və potensial müştərilər ilə əlaqələri gücləndirib, inkişaf etdirmək;
• Əlaqədar qanunvericilik, protokol qaydalarına əsasən iş prinsiplərini qurmaq ;
• ATL Tech-in bərabərlik və eynilik prinsiplərini aktiv şəkildə dəstəkləmək
• Mövcud olan inkişaf səviyyəsinə uyğunlaşmaq üçün təlim və treninqlərdə iştirak etmək;
• Qeyd olunmayan,meydana çıxan digər məsuliyyətləri öz üzərinə götürmək.
Təhsil/Tələblər
• Tələb olunan sahə üzrə əlaqədar təhsil
• MCIPS sertifikatına sahib olmaq arzu olunandır
• Layihə idarəedilməsi bacarığı
Təcrübə/Bilik
• AR təchizat prossesinə aid olan qannvericilik və qaydaları biləməli
• Təchizat müqavilələri ilə tanış olmaq
• Təchizat sistemləri ilə tanışlıq və tətbiq etmə qabiliyyəti
• İctimai qurumlar da daxil olmaqla, yalnız onlar ilə limitlənməyən güclü iş bacarıqları
• Yüksək dərəcəli layihələri idarə etmə, menecment bacarıqları
• Ayrılmış maliyyəyə qənaətetmə strategiyası haqqında biliklərə sahib olmaq
• Təchizat və müqavilə menecmenti haqqında koorprativ biliklərə sahib olmaq
• Biznes prosseslərinin yenidən qurulması ilə bağlı əvvəlki təcrübə;
• Müştəri ehiyaclarının dəyişdiyi mühitdə iş təcrübəsi;
• Pilləli idarəçilik sistemində yanaşmalar tətbiq etmək / işləmək təcrübəsi
• Müqavilə və təchizatçılar ilə ən yaxşı təcrübəni tətbiq etmək bacarığı
Bacarıqlar/ Şəxsi tələblər
• Danışıqlar aparma bacarığı da daxil olmaqla, mükəmməl ünsiyyət və təsir etmə bacarıqları
• Təchizat komandasını idarəetmə və inkişaf etdirmək bacarıqları
• İnsanlar şəbəkəsi ilə işləmək və əlaqə bacarığı , verilən tapşırıqları göstərilən vaxtda bitirmək bacarığı
• Komanda ilə işləmə bacarıqları, biznes fəaliyyəti zamanı iş prinsiplərini düzgün qurmaq
• Özünüinkişafa meyilli- vaxtını özünü inkişaf etdirməyə sərmayə qoymalı, digərlərini buna təşviq etməli
Maraqlanan namizədlərdən CV-lərini applicats@atltech.az elektron ünvanına göndərmələri xahiş olunur. Əmək haqqı uğurlu namizəd ilə müzakirə ediləcəkdir.