Fitch SOCAR-ın reytinqini “BB+” səviyyəsində təsdiqlədi
"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi SOCAR şirkətinin reytinqini “BB+” səviyyəsində təsdiqləyib. Agentliyin məlumatında qeyd olunur ki, reytinqin proqnozu “müsbət” kimi təsdiq edilib.
“SOCAR tam dövlətə məxsusdur və hazırda şirkətin reytinqi "Fitch"in dövlətlə əlaqəli şirkətlər üçün reytinq meyarlarına əsasən Azərbaycanın reytinqinə (“BB+”/”Müsbət”) bərabərdir. Bu, dövlətin şirkətə maliyyə təminatları, pul ödənişləri və kapitalqoyma formasında göstərdiyi dəstəklə, eləcə də, SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişaf mexanizmi olaraq əhəmiyyəti ilə möhkəmlənir", - agentlik qeyd edir.
Fitch SOCAR-ın avtonom kreditprofilini “şirkətin daha güclü maliyyə profili” şəraitində “b+” səviyysindən “bb-” səviyyəsinə dəyişib.
Agentlik qeyd edir ki, 2022-ci ildə SOCAR neft və qaz hasilatını cüzi artırıb – 284 barel neft ekvivalentinədək (2021-ci ildə 282 b.n.e.). “Güman edirik ki, təbii qaz hasilatının artımı hesabına 2023-2025-ci illərdə SOCAR üzrə hasilatl illik orta hesabla 0,5% artacaq”, - agentlikdən bildirilir.
"Biz gözləyirik ki, SOCAR proqnozlaşdırılan dövr ərzində - 2026-cı ilədək – Fitch-in neft və qaz qiymətləri üzrə proqnozuna əsasən, güclü maliyyə profilini qoruyacaq. Bu, SOCAR-ın SCP-nin yüksəltmək istiqamətində bizim təkrar nəzərdən keçirməyimizi möhkəmləndirir.