2027-ci ilədək inkişaf Strategiyasının icrasına büdcədən 17 milyard manat yönəldəcək
Azərbaycan hökuməti “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində layihələrin və tədbirlərin reallaşdırılmasına investisiyaları 43,8 milyard manat (cari məzənnə ilə $25,8 milyard ) həcmində qiymətləndirir.
Bu məbləğ Maliyyə Nazilriyinin dərc etdiyi 2024-2027-ci illər üzrə büdcə materiallarında qeyd olunur.
Nazirliyin məlumatına görə, 2023-cü il dövlət büdcəsində bu məqsədlər üçün 7,5 milyard manat nəzərdə tutulub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il iyulun 22-də “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib.