Qarabağ

Cəbrayıl rayonunun Horovlu kəndi belə olacaq - VİDEO

Cəbrayıl rayonunun Horovlu kəndinin gələcəkdə necə olacağını nümayiş etdirən videoçarx yayımlanıb. Videoda işğal illərində kəndin dağıntıları əks olunur, eləcə də tamamilə yenidən qurulacaq kəndin yeni siması göstərilir.

Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu ilin may ayının 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi planlaşdırılıb. 

Həmçinin, işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)